Məhkəmə Azərbaycanhökumətini cərmələdi

Əli Kərimli

Avropa Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimliyə görə Azərbaycan hökumətini cərimələyib.

Bu barədə Avropa İnsan Haqları Məhkəməsi məlumat yayıb.

Məhkəmə Əli Kərimliyə pasport verilməməsini Avropa İnsan Hüquqları Konvensiyasının pozulması hesab edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin İyulun 16-da çıxardığı qərara əsasən Azərbaycan hakimiyyəti mənəvi zərər və digər xərclərə görə Əli Kərimliyə 8 600 avro təzminat ödəməlidir.