-
Gürcüstanın 5 böyük yanacaq tədarükçüsü 51.6 milyon lari (22.7 milyon dollar) cərimələnib. Xəbəri Gürcüstanın “Civil.ge” saytı yayıb.
Gürcüstanın Rəqabətlilik Agentliyi SOCAR da daxil olmaqla həmin şirkətlərin rəqabətlilik qanunlarını pozmaqda ittiham edib. Agentlik 2014-cü ilin 12 noyabrından 2015-ci ilin 14 iyuluna qədər avtomobil yanacağı (benzin, dizel yanacağı) bazarında araşdırmalar aparıb.
SOCAR Georgia Petroleum şirkəti 14.38 milyon lirə (6.5 milyon dollar) məbləğində cərimələnib. SOCAR həmin şirkətdə səhmlərin 51%-nə malikdir.
Cərimələnən digər şirkətlər Sun Petroleum Georgia; Rompetrol Georgia; Wissol Petroleum Georgia və Lukoil Georgia-dır.