Yəməndə onlarla ölən var

Ədən şəhəri

-

Yəmənin Ədən şəhərini şiə silahlılar bombardman edib, 50-dən çox dinc sakin həlak olub.

Ölkənin səhiyyə rəsmisi iyulun 19-da bildirib ki, elə həmin gün başqa bir hücumda 57 dinc sakin həlak olub. Onların sırasında 12 uşaq və 6 qadın var. 200-dən çox adam yaralanıb.

Hücumdan iki gün öncə baş nazir Khaled Bahah bildirib ki, Ədən yaraqlılardan azad olunub. Ancaq İranın dəstəklədiyi üsyançılar bəzi ərazilərdə hökumət qüvvələri ilə vuruşmaqdadır.

Ötən ilin sentyabrında Yəməndə döyüşlərdə 3200 nəfər həlak olub. 20 milyon yəmənli içməli susuz qalıb, humanitar yarıma ehtiyacı var. Bunu BMT deyir.