Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə iyulun 21-də Tacikistana səfərə gedəcək.
İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd iyulun 22-23-də Düşənbədə keçiriləcək «İslam dini ekstremizm və terrorizmə qarşıdır» mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.
Allahşükür Paşazadənin Konfransda çıxışı nəzərdə tutulur.