İstilər səngiyir

Azerbaijan -- Hot weather in Baku, 08Jul2011

İyulun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Abşeron çimərliklərində suyun istiliyi 24-25 dərəcə olacaq.

İyulun 21-də bölgələrdə də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, amma bəzi dağlıq ərazilərdə yağış yağacağı gözlənilir.

Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz isə 20-25 dərəcə isti olacaq.