FİFA-nın icraçı komitəsi iyulun 20-də konqres çağırmaq barədə qərar qəbul edib.
2016-cı il fevralın 26-də keçiriləcək konqresdə təşkilata yeni prezident seçilməlidir.
Bu barədə Təşkilatın rəsmi Twitter hesabında məlumat yayılıb.
Mayın sonlarında FİFA-da baş verən korrupsiya qalmaqalı və bir neçə FİFA rəsmisinin həbsinə görə keçmiş prezident Seep Blatter istefa verməli oldu.
Həb olunanların çoxu dünya çempionatlaraına ev sahibləri seçilərkən böyük məbləğdə rüşvət almaqda ittiham olunurlar.