Prezidentlərin görüşü ola bilər

James Warlick , Igor Popov və Jacques Faure

"ATƏT-in Minsk qrupunun həmsədrləri ilin sonunadək Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşünü təşkil etmək fikrindədirlər”

Bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri James Warlick Yerevanda keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hələ ki prinsiplər və həllin detalları müzakirə edilir, amma tərəflər hələ ki, konkret müzakirə mərhələsinə daxil olmayıblar.

Həmsədrlər iyulun 20-də Yerevanda ölkə rəhbərliyi ilə görüşlər keçiriblər.

İyulun 21-də isə Bakıya gələcəklər.

Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.