“Ermənistan-Gürcüstan sərhədinin dəyişdirilməsi barədə yayılan məlumatlar əsassızdır”.
Bunu Gürcüstan xarici işlər nazirliyinin sözçüsü David Kereselidze deyib.
Gürcüstan kütləvi informasiya vasitələrinin məlumatına görə, Ermənistan sərhədçiləri vu günkərdə Təzəkənd istiqamətində sərhəddi 10-15 hektar Gürcüstanın içərilərinə doğru çəkiblər.
Amma Gürcüstan polisi Marneuli rayonunda belə bir şey baş vermədiyini deyir.
Polisin məlumatına görə, bu kəndin 2 kilometrliyində sektorda sərhəd rejimi mövcuddur və heç bir dəyişiklik olmayıb.