İki jurnalistə təqaüd veriləcək

İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev KİV nümayəndələrinə Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ölkədə kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib:

Əhmədov Teymur

Mikeladze Qalina

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.