Koreya nüvə danışıqlarında maraqlı deyil

Şimali Koreyanın Yongbyon nüvə zavodu

-

Şimal Koreya bildirir ki, nüvə bacarıqlarından əl çəkmək üçün dünya gücləri ilə İran-sayağı dialoqda “qətiyyən maraqlı deyil”.

Xarici işlər nazirliyi iyulun 21-də bildirib ki, Şimali Koreyanın nüvə proqramı ABŞ-ın bu ölkəyə qarşı xarici siyasətini “əngəlləyən əsas faktordur”.

“Şimali Koreya həm sözdə, həm də reallıqda nüvə silahı ölkəsidir və nüvə silahlı ölkə kimi maraqları var,” bəyanatda deyilir.

İran dünyanın altı güc dövləti ilə iyulun 14-də yekun saziş əldə edib.

Pxenyan da nüvə və ballistik raket proqramlarına görə BMT-nin, ABŞ-ın və AB-nin iqtisadi sanksiyalarına məruz qalıb.