Cənub Qaz Dəhlizinin 30%-i hazırdır

Rövnəq Abdullayev

"Cənub Qaz Dəhlizi layihəsinin 30%-i artıq hazırdır".

APA-nın mlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, artıq 23 ölkədən olan 162 tədarükçü ilə 10 milyard dollarlıq müqavilələr imzalanıb və layihə üzərində 10 minə yaxınadam çalışır.

Rövnəq Əliyev bildirib ki, Şahdəniz yatağında 7 quyunun qazılması artıq yekunlaşıb və ilk qaz Avropaya nəql üçün hazırdır.

Hazırda Gürcüstanda kompressor stansiyası və kəmərlərin tikintisi gedir.

Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il fevralın 25-də "Şahdəniz" yatağının ikinci mərhələsinin idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin genişləndirilməsi ilə bağlı QSC-nin yaradılması barədə sərəncam imzalayıb.

Cəmiyyətin nizamnamə kapitalı 100 milyon dollardır.

Burda SOCAR-ın 49, dövlətin isə 51 faiz payı var.

Dövlətin cəmiyyətdə iştirakını Azərbaycan Dövlət Neft Fondu maliyyələşdirəcək.