Prezident və jurnalistlər bir-birinə mükafat verdi

İlham Əliyev jurnalistləri mükafatlandırarkən- [fotolar]

.

Mətbuat Şurası prezident İlham Əliyevə xüsusi mükafat verib. Şuranın sədri bildirib ki, prezident "milli maraqların qorunmasındakı qətiyyətli mövqeyinə görə" təltif edilir.

İyulun 21-də prezidenti İlham Əliyev milli mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının üzvləri ilə görüşüb. Görüşdə dövlət başçısı bir gün öncə sərəncamlarla mükafalandırdığı jurnalistlərə həmin mükafatları təqdim edib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov prezidentə mətbuat diqqət və qayğısına görə təşəkkür edib.

Prezident isə bir qrup media nümayəndəsinə "əməkdar jurnalist" fəxri adı və digər təltiflər təqdim edib.