Ayılar pətəklərə hücum edib

Foto arxiv

Ayılar iyulun 21-i gecə saatlarında Qubada arı pətəklərinə hücum edib.

Hadisə rayonun Cek kəndində baş verib.

ANS PRESS-in məlumatına görə, 2 ayı kənddə arı təsərrüfatı ilə məşğul olan sahibkar Əziz Ələkbərovun yeşiklərinə hücum edib.

Nəticədə ayılar 90-a yaxın arı yeşiyi olan sahibkaraümumilikdə 3000 manat ziyan vurublar.