Azərbaycanda 1 uşağı olan ailələrdə boşanma halları son 24 ildə ən yüksək həddə çatıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, bu cür ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb.
Həmin il Azərbaycanda 1 uşağı olan 2045 ailə boşanıb.
Sonrakı illərdə bu göstərici azalsa da 2011-ci ildən sonra artımağa başlayıb.
2014-cü ildə isə bu cür ailələrdə boşanmaların sayı 1990-cı ildəkindən də çox olub.
2013-cü ildə Azərbaycanda 1 uşağı olan 1921, 2014-cü ildə isə 2798 ailə boşanıb.
Ötən il həmçinin 18 yaşadək 2 və daha çox uşağı olan ailələrdə boşanma halları artıb.
2013-cü ildə Azərbaycanda 1837, 2014-cü ildə isə 2450 belə ailədə boşanma halı qeydə alınıb.
Ötən il ümumilikdə Azərbaycanda 12088 rəsmi boşanma hadisəsi olub.