Qırğızıstan ABŞ-a qarşı

Qırğızıstanda etiraz aksiyası, arxiv fotosu

-

Qırğızıstan Birləşmiş Ştatlarla 1993-cü il tarixli əməkdaşlıq sazişini rəsmən dayandırıb. Bir neçə gün öncə Bişkək ABŞ-ın həbsdə olan qırğız fəala nüfuzlu insan haqları mükafatı verməsinə etirazını bildirmişdi.

Baş nazir Temir Sariev iyulun 21-də əməkdaşlıq sazişinin kəsilməsinə dair sərəncam imzalayıb.

Vaşinqton 2014-cü il İnsan Haqları Müdafiəçisi Mükafatını jurnalist və insan haqları fəalı Azimjon Askarov-a verib. Fəal “sülhə və cəmiyyətdə sabitliyə təhlükə yaratması” ittihamları ilə ömürlük həbsdə yatır. Qırğızıstanın Xarici İşlər Nazirliyi iyulun 17-də bu qərara etirazını bildirib.

Etnik özbək olan Askarov 2010-cu ilin iyununda Qırğızıstanın cənubunda etnik toqquşmalardan sonra məhkum edilib. Həmin toqquşmalarda 400-dən çox adam həlak olub. Askarov polisin ona işgəncə verdiyini deyir.