Donald Tusk: "Status-kvo qəbuledilməzdir”

İlham Əliyev və Donald Tusk

“Dağlıq Qarabağ münaqişəsində hazırkı status-kvo qəbuledilməzdir”.

APA-nın məlumatına görə, bunu Avropa Birliyinin sədri Donald Tusk Azərbaycan prezidenti ilə keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualı cavablandırarkən deyib.

O, qeyd edib ki, bunu 2 gün əvvəl Ermənistanda da bəyan edib.

Donald Tusk qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olmalıdır və bununalternativi yoxdur:

“Biz nəinki hərbi əməliyyat, həmçinin radikal ton, düşmənçilik və ədavətə aparan bəyanatlardan da uzaq olmalıyıq. Çünki bunlar məsələnin həllinə xidmət etmir.Biz bu ritorikadan uzaq olmalıyıq, çünki bizə münaqişə lazım deyil. Ukraynada baş verənlər bu cür siyasət, ideologiya və münasibətin ən açıq nümunəsidir. Ümid edirik ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələrin göstərdiyi səylər sülhün bərpası üçün əsas olacaq”-deyə o bildirib.