Türkiyənin cənub-şərqində 2 polisin ölümünə görə cavabdehliyi kürd yaraqlıları üzərinə götürüblər.
Polis zabitlərinin meyiti iyulun 22-də Şanlıurfa vilayətindəki Ceylanpinar şəhərində aşkar edilib.
Bu şəhər Suriya sərhəddinin yaxınlığında yerləşir.
PKK bunun iyulun 20-də Suruc şəhərində 32 kürd fəalın ölümü ilə nəticələnən partlayışa cavab olduğunu deyir.
Onlar zabitləri İslam Dövləti qrupu ilə əməkdaşlıqda ittiham edirlər.
Baş nazir Ahmet Davutoğlu terror aktını törədənlərin kimliyinin müəyyənləşdirildiyini deyir.
Hakimiyyət onların İslam Dövləti qrupu ilə əlbir olduğunu deyir.