-
BMT-nin İraq üzrə elçisi xəbərdarlıq edir ki, həddən artıq vacib humanitar yardım üçün pulun olmaması ərzaq təminatını azaldıb və nəticədə iraqlılar həyatlarını xilas etmək naminə İslam Dövləti (İD) qruplaşmasına üz tuta bilərlər.
Jan Kubis iyulun 22-də BMT-nin Təhlükəsizlik Şurasına deyib ki, o, ümidsiz iraqlıların kömək üçün silahlı qruplaşmaya müraciət etməsi barədə məlumatlardan “çox narahatdır”. İD hazırda İraqın üçdə ikisinə nəzarət edir.
“Münaqişəsinin insanlara vurduğu ziyan çox böyükdür,” Kubis deyib.
BMT-nin ötən həftə açıqladığı hesabata görə, İraq münaqişəsində aprelin 30-dək 16 ay ərzində 15 minə yaxın adam həlak olub, 30 min nəfər yaralanıb.
Kubis deyib ki, 8.2 milyon iraqlının – təxminən hər 4 nəfərdən birinin təcili köməyə ehtiyacı var, yarısına isə ərzaq lazımdır.
3 milyondan çox iraqlı didərgin düşüb.