-
Prezident İlham Əliyev iyulun 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick (ABŞ), Igor Popov (Rusiya), Pierre Andrieu (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk-i qəbul edib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Məlumatı AZƏRTAC yayıb.