ABŞ müdafiə naziri Ashton Carter Bağdada gözlənilməz səfər edib.
Onun İraq liderləri və ABŞ hərbçiləri ilə görüşləri nəzərdə tutulur.
Hazırda İraqda 3600 ABŞ hərbçisi var.
Onlar əsasən yerli qüvvələrə təlim keçmək, döyüş planlarına kömək etmək və ABŞ obyektlərinin müdafiəsi ilə məşğuldurlar.
Bundan başqa ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri İslam Dövləti qrupunun mövqelərini vaxtaşırı havadan bombalayırlar.
Amma koalisiya qüvvələri quru əməliyyatlarında iştirak etmir.
Carter bundan əvvəl regiona səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, İordaniya və İsraildə olub.
Məqsəd İranla nüvə sazişindən narahat olan ABŞ-ın müttəfiqlərinə dəstək nümayiş etdirməkdir.