Neft ucuzlaşır

Fotyo arxiv

İyulun 22-də Nyu-York birjasında neftin qiyməti 3 faizdən də çox düşüb.

Birjada neftin 1 bareli 49 dollar 19 sent olub.

Buna səsəb, ABŞ-da neft ehtiyatının xeyli artması və dolların möhkəmlənməsi ilə bağlı məlumatlar olub.

Son ayda neftin qiyməti Çində iqtisadi artımın gerilməsi ilə bağlı enerji daşıyıcılarına təlabatın azalması və İranın dünya bazarlarında peyda olmasına görə 10 faizdən də çox düşüb.

Beynəlxalq Dünya Bankı isə bu arada bu il üçün neftin orta qiymətini proqnozlaşdırıb.

Bankın mütəxəssisləri hesab edir ki, bu il neftin bir bareli təxminən 57 dollar civarında olacaq.

Bu əvvəlki proqnozdan 3 dollar aşağıdır.

İnformasiya agentliklərinin məlumatına görə, neft istehsal edən ölkələrin birləşdiyi OPEK təşkilatı neft istehsalını azaltmaq fikrində deyil.

Təşkilat hesab edir ki, qiymətin düşməsi qısamüddətlidir.