İyulun 25-də Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı başlayacaq.
Festivalda Azərbaycan və xarici ölkələrdən görkəmli musiqiçilər, orkestrlər, bədii kollektivlər, solist və dirijorlar iştirak edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, iyulun 31-dək keçiriləcək festivalda İtaliya Simfonik Orkestri, Rusiyanın “Moskva virtuozları” kamera orkestri, Avstriyanın Vayner Akademiyasının kamera ansamblı, İspaniyanın “Flamenko” ansamblı, Xorvatiyanın “Dubrovnik Guitar Trio” qrupu, eləcə də Ukrayna, İsrail və Almaniyadan olan məşhur musiqiçilərin konsertləri olacaq.