Prezidentİlham Əliyev Mingəçevir Dövlət Universitetinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama görə universitet Mingəçevir Politexnik İnstitutunun bazasında yaradılacaq.
Bundan başqa Nazirlər Kabinetinə Müəllimlər İnstitutunun ləğv edilmiş Mingəçevir filialının maddi-texniki bazasının 2 ay müddətində Mingəçevir Dövlət Universitetinin balansına verilməsini təmin etmək tapşırılıb.