Davutoglu:"Əməliyyatlar davam etdiriləcək"

Ahmet Davutoglu

“İslam Dövləti yaraqlıları, qadağan olunmuş PKK üzvləri və onlarla əlbir olan İnqilabçı Xalq Azadlıq Partiyası-Cəbhəsinə (DHKP-C ) qaqrşı əməliyyatlar dayanmadan davam etdirilıəcək”.

Bunu Türkiyənin baş naziri Ahmet Davutoglu ölkə boyu İslam Dövləti yaraqlıları və PKK yaraqlılarına qarşı keçirilən yeydlərlə bağlı iyulun 24-də Ankarada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, heç kim Türkiyədə hakimiyyəti dəyişə bilməz, qanuni hakimiyyətə paralel qurum yarada bilməz və bunu edənlərin qarşısı alınacaq.

İyulun 24-ü səhər saatlarından Türkiyədə keçirilən reydlərdə 250-dən çox şübhəli saxlanıb.