-
İyulun 25-də Azərbaycan Xalq Partiyasının III qurultayı keçirilib.
Qurultayda Pənah Hüseyn partiyanın sədri seçilib. Qurultay iştirakçıları yekdilliklə ona səs veriblər.
AXP parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Pənah Hüseyn xalq hərəkatının üzvlərindəndir. 1992-ci ildə Azərbaycanın dövlət katibi, 1993-cü ildə 3 ay baş nazir vəzifəsində işləyib.
Daha sonra Xalq Partiyasını yaradıb. Bir neçə il partiyaya sədrlik etsə də, daha sonra sıravi üzv kimi fəaliyyət göstərib.
2005-ci ildən-2010-cu ilədək Milli Məclisin üzvü olub.