Türkiyədə İslam Dpövləti yaraqlıları ilə əllbir olmaqda şübhəli bilinən azı 15 nəfər saxlanıb.
Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, reydlər səhər saatlarında Ankaranın Hacı-Bayram rayonunda keçirilib.
Saxlananlar arasında arasında bir neçə xarici vətəndaş da var.Amma onların milliyəti açıqlanmır.
Həmçinin ölkənin cənub-şərqindəki Adıyaman şəhərində PKK ilə əlbir olmaqda şübhəli bilinən azı 19 nəfərin saxlandığı bildirilir.
Türkiyənin hərbi-hava qüvvələri iyulun 24-dən Suriya və İraqın şimalında İslam Dövləti qrupu və kürd yaraqlılarının mövqelərinə zərbələr endirir.
CNN Türk-ün məlumatına görə, ötən həftədən bu yana ölkədə keçirilən reydlər zamanı 800-dən çox İslam Dövləti qrupu və PKK üzvü saxlanıb.
NATO Ankaranın xahişi ilə iyulun 28-də təcili iclas keçirəcək.