Kim Kardashian «Twitter»ə bunu təklif etdi

Kim Kardashian

-

«Twitter» sosial şəbəkəsində ən çox tənqid olunan məqam istifadəçilərin paylaşdıqları fikirlərə sonradan düzəliş edə bilməmələridir.

«Twitter» bununla bağlı səssizliyini Kim Kardashian sayəsində pozub.

Erməni əsilli şou-ulduz şəxsi hesabında yazı xətalarını sonradan düzəltməyin mümkün olmadığını və bu cür hallarda «tweet»i silib təkrar göndərmək məcburiyyətində qaldığını yazıb.

Kardashian mesajını həm də «Twitter» rəhbərliyinə ünvanlamışdı.

Ona cavab şirkətin ən səlahiyyətli şəxslərindən birindən gəlib. «Twitter»in qurucularından Jack Dorsey Kardashian-a «Yaxşı fikirdir! Biz hər zaman işləri daha sürətli və asan hala gətirməyin yollarını axtarırıq» cavabını verib. Bununla da Kim-in istəyinə yaşıl işıq yandırmış sayıldı.

«Twitter»dən fərqli olaraq redaktə (edit) funksiyası «Facebook»da bir müddət əvvəl tətbiq edilib.