“Azov”polkunun komandiri ölü tapılıb

Foto arxiv

Ukraynadakı “Azov” batalyonunun yüksək rütbəli komandirlərindən biri ölü tapılıb.

Onun meyiti Buça şəhərindəki evində aşkar edilib.

Bu şəhər Kiyevin ətrafında yerləşir.

Batalyonun mətbuat xidmətindən verilən məlumata görə, batalyonun mülki heyətinin rəis müavini Yaroslav Babic iyulun 26-da asılmış vəziyyətdə tapılıb.

Hələlik əlavə məlumat verilmir və istintaq gedir.

“Azov” batalyonu Ukraynanın şərqindəki rusiyapərəst separatçılarla mübarizə aparmaq üçün 2014-cü ildə yaradılıb.

Bu batalyon Daxili İşlər Nazirliyininin nəzdindəki Milli Qvardiyanın tərkibində fəaliyyət göstərir.