15 nəfər 700 bal yığdı

Foto illüstrasiya

-

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 25-də II və III ixtisas qrupları üzrə keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

Abituriyentlər imtahanın nəticələri ilə TQDK-nın internet saytı vasitəsilə və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən, I, II, III və IV qruplar üzrə müsabiqədə ümumi balı 200-dən, hər bir fənn üzrə minimal balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

II və III ixtisas qrupu üzrə 6 abituriyent (hər qrup üzrə üç abituriyent olmaqla) bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Beləliklə, bu il 700 bal toplayan abituriyentlərin sayı 15 oldu.

Bütün qruplar üzrə müsabiqədə iştirak hüququ qazanan abituriyentlərin ixtisas seçimi internet vasitəsilə iyulun 30-dan avqustun 11-dək aparılacaq.