Gürcüstan və Ermənistanda zəlzələ olub

İyulun 27-də yerli vaxtla səhər saat 11 radələrində Gürcüstanın Rustavi şəhərində 4 ballıq zəlzələ qeydə alınıb.

Seysmoloji xidmətin məlumatına görə, zəlzələnin mərkəzində yeraltı təkanların gücü 5-6 bal arası olub.

Zəlzələ Ermənistanda da hiss olunub.

Zəlzələ Noyamberyan ərazidində 4-5, Koxbedə 4, Kotidə isə 3 bal gücündə hiss olunub.