"Qarabağ"ın yeni oyunçusu Əfran İsmayılov Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Şotlandiyanın "Seltik" klubu ilk oyunda iştirak edə bilməyəcək.
"Futbol+" qəzetinin məlumatına görə, 26 yaşlı yarımmüdafiəçiyə viza alınmayıb.
Buna səbəb isə viza məsələsinin onun komandaya transferindən əvvəl həll edilməsi olub.
Məlumatı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov da təsdiqləyib.
"Seltik" - "Qarabağ" görüşü iyulun 29-u saat 23:45-də başlayacaq.