-
ABŞ Dövlət katibi John Kerry gələn həftə Misirə və Fars Körfəzinə səfər edərək İran sazişi, İslam Dövləti yaraqlıları ilə mübarizə üzrə danışıqlar aparacaq.
Kerry avqustun 2-də Qahirədə ABŞ-Misir Strateji dialoquna qatılacaq. Avqustun 3-də isə Dohada Fars Əməkdaşlıq Şurasıyla görüşəcək. Şuraya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərui, Bəhreyn, Küveyt, Oman və Qətər daxildir.
Kerry Dohada rusiyalı həmkarı Sergei Lavrov ilə də görüşəcək. Kerry-nin sözlərinə görə, onlar İD-lə mübarizə, Suriya müharibəsi və İranın rolundan danışacaqlar.
Yaxın Şərqdən sonra Kerry-nin cənubşərqi Asiyaya bir həftəlik səfəri gözlənir.