Keçmiş Liviya dikdatoru Muammar Gaddafininoğlu Saif al-Islam Gaddafi , keçmiş milli təhlükəsizlik naziri Abdullah al-Senussi və keçmiş baş nazir Baghdadi Ali Mahmudi ölümə məhkum ediliblər.
Əl-Cəzirənin məlumatına görə, qərara əsasən onlar edam olunacaq, güllələnəcəklər.
Onlarla yanaşı 8 nəfər də ölümə məhkum ediliblər.7 nəfərsə 12 il həbs cəzası alıb.
Saif al-Islam Gaddafi barəsində qərar qiyabi çıxarılıb.O hazırda Zintan əyalətində keçmiş üsyançı qrupun əlindədir.
Saif al-Islam Gaddafi Beynəlxalq Məhkəmə tərəfindən də axtarışdadır.
Keçmiş Liviya prezidenti Muammar Gaddafi 2011-ci ildə devrilib və az sonra kütlə tərəfindən qətlə yetirilib.