L. Yunus: «Yenə məhkəməni KQB əməkdaşları ilə doldurmusunuz»
Sizin brauzer HTML5-i dəstəkləmir
Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun bugünkü məhkəməsi də zala daxil olmaq gərginliyi ilə başlayıb. Hələ proses başlamazdan öncə zal xidməti qapıdan içəriyə buraxılmış şəxslərlə, məhkəmə işçiləri ilə, demək olar ki, doldurulub.