Prezident Qusara pul ayırdı

İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev iyulun 28-də Qusar rayonunda avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda 11 yaşayış məntəqəsini birləşdirən Qusar-İmamqulukənd-Quxuroba avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Qusar Rayon İcra Hakimiyyətinə 4,6 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Maliyyə Nazirliyinə nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsi, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn məsələlərin həlli tapşırılıb.