Ermənistanda etirazlar davam edəcək

Yerevanda aksiya, 27 iyul, 2015-ci il

-

Bu həftə Ermənistan paytaxtı Yerevanın mərkəzi meydanına toplaşan fəallar etirazları davam etdirəcəklərini deyirlər. Onlar hökumətin elektrikin qiymətini qaldırmasına etiraz edirlər. Bu yaxınlarda yaradılmış “Qalx, Ermənistan” qrupu bildirir ki, mindən artıq polis əməkdaşı sayı yüzdən az etirazçının mərkəzi meydanı tutmasını əngəlləmək istəyir. Respublika Meydanının mərkəzində hökumət binaları yerləşir.

İki həftə öncə “Talana Yox” qrupu küçə etirazları təşkil etmişdi. Bundan sonra hökumət beynəlxalq auditin nəticəsi bəlli olanadək qiyməti aşağı həddə saxlamağa razılaşdı. Bundan sonra etirazlar səngidi.

Bağramyan prospektində qurulmuş barrikadalar söküldü, etirazçılar da iyulun 6-da dağıdıldı. Ancaq daha radikal “Qalx, Ermənistan” qrupu and içir ki, qiymət artımının tamamilə ləğvinə çalışacaq.