Nazirlik müəllim olmağa həvəsləndirir

Arxiv fotosu

-

Qəbul imtahanlarında 500-dən çox bal toplayıb ixtisas seçimində ilk yerdə müəllimliyi seçənlərə hər ay 100 manat veriləcək.

Təşəbbüskar Təhsil Nazirliyidir. Bu barədə modern.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, 100 manat müəllimlik ixtisasını seçən 300 nəfərə veriləcək. Əsas üstünlük 500 bal toplayaraq ixtisas seçimində birinci və ikinci yerdə müəllimliyi seçənlərə veriləcək.

Təhsil Nazirliyi tərəfindən bu addım keçən il atılıb və ilk 300 nəfərə ayda 100 manat təqaüd verilib.