-
Pakistan polisi Lashkar-e-Jhangvi silahlı qruplaşmasının liderini, iki oğlunu və daha 11 nəfəri iyulun 29-da silahlılarla atışmada öldürdüyünü bildirir. Belə ki, silahlılar sünni ektremistin azad olunması üçün polis karvanına hücum edib.
Malik Ishaq ABŞ-ın qlobal terrorçular siyahısında idi. Onun yaratdığı qrup daha çox şiə müsəlmanlar olmaqla yüzlərlə dinc sakinin qətlinə görə məsuliyyəti üzərinə götürüb.
Ishaq bir neçə dəfə məhkəmə qarşısına çıxıb, ancaq hər dəfə şahidlər ifadə verməkdən imtina etdiyi üçün bəraət alıb. O, iki oğlu ilə birlikdə iyulun 25-də həbs olunub.
İyulun 29-da Ishaq və oğlanlarını aparan polis karvanına pusqu qurulub və onlar azad olunub. Ancaq polis silahlıları təqib edib, Ishaq və digərlərini öldürüb. 6 polis yaralanıb.