UEFA Bakı Olimpiya Stadionunu yoxlayıb

Foto arxiv

UEFA-nın baş əməliyyat meneceri və Milli Assosiasiyalar Departamentinin əməkdaşı Kristof Yunqun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda 2 günlük səfərdə olub.

AFFA-nın məlumatına görə, səfərdə məqsəd "Avro-2016"nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da keçiriləcək Azərbaycan-İtaliya oyununa hazırlıq işləri ilə tanış olmaqdır.

Nümayəndə heyəti bu görüşün keçiriləcəyi Bakı Olimpiya Stadionuna baxış keçirib, mətbuat və digər təşkilatı məsələlərlə bağlı tövsiyələr veriblər.