UEFA prezidenti Michel Platini FİFA prezidentliyinə namizədliyini verib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
FİFA-ya prezident seçkisi 2016-cı il fevralın 26-da Sürixdə keçiriləcək.
Təşkilatın prezidenti Sepp Blatter bu yaxınlarda bir neçə FİFA rəsmisinin həbsi və korrupsiya qalmaqalına görə istefa verməli oldu.
Amma o seçkiyədək vəzifəsində qalacaq.