Barzani Türkiyə ilə sülhün tərəfdarıdır

Masud Barzani

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier və İraqdakı kürd regionunun prezidenti Massud Barzani hesab edirlər ki, son vaxtlar vəziyyətin gərginləşməsinə baxmayaraq Türkiyə sülh prosesini davam etdirməlidir.

Bu barədə Almaniya xarici işlər nazirliyinin nümayəndəsi iyulun 29-da məlumat verib.

Steinmeierlə Barzani iyulun 28-də telefon söhbəti zamanı bildiriblər ki, Tükiyə ilə PKK sülh prosesini bərpa etməlidirlər.

Liderlər bildiriblər ki, vəziyyətin gərginləşməsi yalnız ekstremistlərin xeyrinədir.

Türkiyənin hərbi hava qüvvələri bu günlərdə İraqın şimalındakı PKK düşərgələrini vurduqdan sonra PKK Ankara ilə atəşkəs sazişindən çıxıb.