“Qarabağ” “Celtic”-ə 1:0 uduzdu

Oyundan fraqment

-

İyulun 29-da Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Qarabağ” səfərdə Şotlandiyanın “Celtic” komandasına 0:1 hesabı ilə məğlub olub.

Birinci hissə 0:0 hesabı ilə başa çatıb. Meydan sahibləri qələbə qolunu 82-ci dəqiqədə vurub.

Cavab oyunu avqustun 5-də keçiriləcək.