Gəmilər Xəzərdə təlim keçirib

Foto arxiv

Azərbaycan, Qazaxıstan və Rusiyanın hərbi gəmiləri Xəzərdə birgə təlim keçirib.

Bu barədə “RİA Novosti” Rusiya Hərbi-Dəniz Qüvvələrinin mətbuat xidmətinə istinadla xəbər verir.

Xidmətin məlumatına görə, hərbi gəmilər “Xəzər Kuboku 2015” müsabiqəsinə hazırlıq çərçivəsində dəniz və hava hədəfləri, habelə üzən minaya atəş açmaqla təlim keçirirlər.