Talibanla dialoq təxirə salınıb

Foto arxiv

Pakistan hökuməti Əfqanıstan hökuməti ilə Taliban arasında nəzərdə tutulan dialoqon təxirə salındığını bildirir.

Görüş iyulun 31-də Pakistanda keçirilməli idi.

Amma Pakistan hökuməti bildirir ki, dialoq Taliban lideri Mullah Mohammad Omarın ölüm xəbərinə görə təxirə salınıb.

İslamabad deyir ki, görüş Taliban rəhbərliyinin xahişi ilə təxirə salınıb.

Amma Reuters agentliyi iləƏl Cəzirə televiziyası xəbər verirb ki, Taliban rəhbərliyi iyulun 30-da toplaşaraq Mullah Akhtar Mohammad Mansuru Əfqanıstan taliblərinin lideri təyin etmək razılığına gəliblər.