Xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti Sofiya Hüseynova iyulun 30-da vəfat edib.

O xeyli vaxt idi ki, ürək xəstəliyindən əziyyət çəkirdi.

Sofiya Hüseynova 1926-cı ildə Bakıda anadan olub. Hələ Şagird vaxtlarından uşaq rollarında oynayıb.. 1974-cü ildə Azərbaycanın əməkdar artisti, 1982-ci ildə xalq artisti adına layiq görülüb.