Müxalifətdfə olan “Ermənistan milli konqresi”nin üzvü Tigran Arakelyan həbs edilib.
O Milli təhlükəsialik xidmətinin təcridxanasında saxlanılır.
Konqresin hüquqşünası Armen Khacaturyan mətbuata açıqlamasında, onun barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirib, amma ətraflı məlumat verməyib.
İlkin məlumatlara görə o hədə-qorxu və qarayaxma ilə pul qoparmada ittiham olunur.
Tigran Arakelyan son vaxtlar Rusiyada yaşayırmış və Yerevana bir neçə gün bundan əvvəl gəlib.
“Ermənistan milli konqresi”nə keçmiş prezident Levon Ter Petrosyan rəhbərlik edir.
Konqres dəfələr ölkə paytaxtı Yerevanda hökumətin istefası tələbi ilə etiraz aksiyaları təşkil edib.