İyulun 31-də “Mavi Ay” peyda olacaq.
Bu nadir təbiət hadisəsi hesab olunur.
Azərbaycan Milli Elmlər Akademiyasından APA-ya verilən məlumata görə, dünyada baş verən vulkanik partlayışlar və meşə yanğınları nəticəsində səmada toz buludları yaranır.
Bu toz buludlarının hərəkəti fonunda Ay mavi rəngdə görünür.
“Mavi Ay” bundan əvvəl 2012-ci ilin avqustunda görsənib, növbəti dəfə isə 2018-ci ildə peyda olacaq.