Mirəlioğlu sonuncu dəfə sədr seçildi

Mirmahmud Mirəlioğlu

-

Avqustun 1-də Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Bakının Əmircan qəsəbəsində, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində üçüncü qurultayı keçirilib.

Qurultayda açıq səsvermə yoluyla Mirmahmud Mirəlioğlu yenidən KXCP-nin sədri seçilib.

O deyib ki, bu, onun namizədliyini irəli sürdüyü sonunu qurultaydır: «Növbəti qurultayda mən namizəd olmayacağam. Mənim namizədim olacaq. Həmin namizəd gənc olacaq. Baxın, zalda gənclərimizin sayı barmaqla sayılacaq qədərdir».