-
Krım Tatarlarının Ümumdünya Konqresi Krımın Ukraynaya qaytarılması üçün “bütün vacib tədbirlərin” görülməsinə çağırıb. Rusiya Krımı ötən il ilhaq edib.
İkinci illik Konqresin iştirakçıları Ankarada iki günlük toplantının sonunda yekun bəyannamə qəbul ediblər. Sənəddə deyilir ki, ilhaqa “dərhal son qoyulmalı” və Ukraynanın yeni konstitusiyasında Krım tatarlarına muxtariyyət verilməlidkir.
Toplantıda dünyanın müxtəlif ölkələrindən 200 Krım tatar qrupu iştirak edib. Təşkilatçıların sözlərinə görə, onlar Rusiya təhlükəsizlik xidmətlərinin təzyiqi ucbatından tədbiri Krımdan kənarda keçirməyə məcbur olublar.