Gaddafinin oğluna işgəncə verilir [video]

Youtube screen

-

İnternetdə sabiq Liviya lideri Muammar Gaddafi-nin oğlunun- Saadi Gaddafinin həbsxanadan olan görüntüləri yayılıb.

Yayılan kadrlarda onun döyüldüyü görünür.

Ölkə prokuroru video ilə bağlı araşdırmalara başlayıb.

Saadi Gəddafi Liviyanı 2011-ci ildə tərk edib, 2012-ci ildə Nigerdə həbs edilərək ölkəsinə təhvil verilib. Saadinin adı bir neçə cinayət işində hallanır.

Muammar Gaddafi-nin ən tanınmış oğlu Saif al-İslam barəsində isə məhkəmə güllələmə hökmü çıxarıb. O hərbi cinayətlərdə və inqilab zamanı dinc nümayişlərə divan tutmaqda ittiham olunub.

Saif al-İslam 2011-ci ildən bəri Zintanta, Tripoli hökumətinə qarşı çıxan keçmiş qiyamçı qrup tərəfindən saxlanırdı.

Məhkum edilənlərin arasında keçmiş kəşfiyyat rəisi Abdullah Senussi və keçmiş Liviya baş naziri Baghdadi Ali Mahmudi də var.